Tehran haqqında

Tehran, İranın paytaxtı ölkənin ən çox əhaliyə sahib şəhərdir.  Tehran vilayətin mərkəzidir. Əhalisinin sayı 8.693.706 nəfərdir və dünyanın 24-cu və Asya qərbinin ən çox əhalisi olan şəhərdir. Tehran yaxın şərqdə üçüncü ən sıx əhalisi olan şəhərdir.

Tehran İran iqtisadiyyatının mərkəzi sayılır. Müxtəlif ağır və yüngül sənaye şəhər ətrafında mövcuddur. Mahiyyətinə görə bazar Tehranın tarixi mərkəzidir. Kommersiya xüsusiyyətləri ilə turistlik cazibələr və maraqlıdır və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar yenə də özünə şəhər əhalisini və ziyarətçiləri cəlb edir. Tarixi bazar kompleksindən görüş, onun keçidləri və labirint dalanlar bu  şəhərə əsas səyahət opsiyonlarından hesab olur.

Tehran iki düzənlik və dağətəyi əraziyə bölünür. Indiki sahəsi 900-1800 m dənizdən yüksəkliklə 730 km2 sahəyə malikdir.

Tehran yarı quraq iqlimə malikdir. Ümumiyyətlə qış ayları çoxunda Tehranın ümumi illik yağışının yarısını təmin edir və yay Tehranın ən az yağışlı mövsümi sayılır. Şəhərin şimali yüksək olduğu üçün, digər rayonlardan daha sərindir. Həmçinin sıx olmayan sahə, qədim bağlar, bostanlar, marşrutlar ətrafındakı yaşıl sahələr və Tehran şimalında sənaye fəaliyyətlərin azlığı, şimal regionunu cənub regionuna görə ortalama 2-3 dərəcə santigrat az olur. Ümumiyyətlə şəhərdəki ən aşağı hava istiliyi -11, ən yüksək hava istiliyi 40 dərəcədir.

Mədəniyyət

İran paytaxti, Tehran mədəniyyəti müxtəlif etnik qruplara baxmayaraq, İran və Ərəb İslam mədəniyyətindən təsirlənir. Ümumiyyətlə İranın digər şəhərlərdən miqrasiya səbəbindən müxtəlif etnik və mədəniyyətlər görmək mümkündür. Tehrani əhalisi isti və mehriban insanlardır və turistləri sevirlər və qonaqpərvərlik İran cəmiyyətinin xüsusiyyəti olaraq qonaq və turistlərə xoş xatirə ölkədən hədiyə edərlər.

Bir çox festival Tehranda ilk dəfə keçirilmiş və bu şəhərdə hər il bərpa olunur. Şəhər teatr, kino, film, musiqi və idman sahəsində önəmli mərkəzlərdən biridir. Həmçinin məşhur muzeylər şəhərdə mövcuddur.

 

 

Tehranda ümumi nəqliyyat

Tehran metro xətlərinə ekspress avtobus sistemi və səyyar taksi sisteminə əlaqədardır. Ümumi nəqliyyat vasitələri ilə şəhərin cəzb edici məkanlarını rahatlıqla görüş edilir. Həmçinin şəhərdə iki aeroport biri daxili uçuşlar və digəri xarici uçuşlar üçün nəzərdə tutulmuş. Şəhər strateji mövqe və ölkə mərkəzində olduğu üçün, İranın müxtəlif regionları üçün əsas istiqamət sayılır və şərqi qərbə və şimali cənuba bağlayır. Buna görə ətrafdakı bütün şəhərlərə standart və yaxşı təchiz olunmuş magistral yollarla bağlıdır.

 

Tehranın turistlik cazibələri  

Metropol Tehran çoxsaylı istirahət və turizm mərkəzlərinə malikdir. Bir çox insan axşam istirahəti üçün cəzb edici və əyləncəli parkları seçərək, sakinlik və sükut üçün axtaranlar Tehranın çox sayılı kafe və restoranlarına gedilir və saatlar dostları ilə xəlvət edirlər. Müxtəlif cazibəli komplekslərin olması Tehranı önəmli turistlik mərkəzinə çevirmişdir. Şəhərdə 2 min turistlik, ziyarət, tarixi və əyləncə mərkəz vardır. Bütün bunları müşahidə və görüşü həyata keçirmək üçün 35 gün zaman lazimdir. Aşağıda Tehranın görməli mərkəzlər siyahısı verilir.

Saraylar

Tehranda əksəriyyəti Qacar dövründə tikilmiş köhnə saraylar və malikanələr şəhəridir.

Sa'dabad Palace Complex

Saadabad sarayı

Tehranın ən şimalında yerləşən Saadabad sarayı 110 hektar sahə ilə Qacar dövründə tikilmiş. Saray 1800 m dənizdən yüksək və ortalama temperaturu 13 dərəcədir.

Niavaran sarayı

9 min m2 sahədə iki mərtəbə və bir yarım mərtəbədə tikilmiş. Bina dizaynı İslami və İranı incə sənətindən ilham alınmış. Niavaran kompleksi Tehranın şimal şərqində (Şemiranat) regionundan yerləşir. Niyavaran tikinti işləri Qacar dövrünün əvvəlinə dönür. Kompleks 1999 il tarixində Saadabad sarayı ilə birləşdirilib muzey kompleksi olaraq işə tutuldu.

Niavaran ən vacib komponentlər onun tərkib hissələridir ki bunlara şamildir: Əhmədşahi köşki, Sahibqıran sarayı, Cahannuma muzeyi və Niavaran ixtisaslaşdırılmış kitabxana.

Gülüstan sarayı

Gülüstan sarayı Zəndiyyə və Qacar dövrü sarayları içində yer alır və ölkənin ən gözəl və tarixi komplekslərindən biridir. Gülüstan sarayı sahəsi Zəndiyyə dövründə başlamış və kompleks müxtəlif şahlar tərəfindən çoxlu dəyişiklik həyata keçirilmiş. Ümumiyyətlə bu dəyişikliklər Ağa Məhəmməd xan Qaza tərəfindən tətbiq olub və özü üçün səltənət sarayı üçün seçmişdir.

Taxti Mərmər eyvanı

Dar-elimarə və ya Divan xana imarəti olaraq tanınan Taxtı mərmər eyvanı, Gülüstan kompleksinin əski tikintilərindən və Zəndiyyə dövründə tikilmiş(1173 hicri qəməri). Eyvan dekorasiyası gips işçiliyi, daş və ayna işçiliyi, Xatəm, münəbbət, müşəbbək işçiliyi şamildir. Taxtı mərmər binası ya Taxt Süleyman eyvanın ən gözəl və möhtəşəm sahəsidir ki Kərim xan Zənd tərəfindən tikilməsi iddia olunur.

Şəms-elimarə

Nasirəddin şah Qacar fərmani ilə Dostəli xan Nizamelddin tərəfindən 1284 hicri qəməri ilində tikilib bina olmuşdur. Şəms-elimarə binasında qərb və İran memari dizaynı istifadə olmuşdur. Yüksəklik və mərtəbə bölmələri qərbi binalar kimi və daxili və xarici bəzəklər və dekorasiyalar İrani memarisindən ilham alınmışdır.

Salam salonu

Gülüstan sarayının otaqlarını biri olaraq salam salonu ya muzey salonu, muzey olaraq istifadə olunur. Salon 1000 m2 və bağa açılan 9 pencərə ilə kompleksin ən böyük salonu sayılır.

Azadi Qülləsi

Yenə də dünyanın hər yerində insanlar Tehranı Azadlıq Qülləsi ilə tanıyırlar. Azadlıq qülləsi (Şəhyad) Tehranın əsas simvolu kimi tanınır. Bina 1970 il tarixində İranlı məşhur memar Hüseyn Ərmənət tərəfindən tikilmiş. Azadi qülləsi memarlığı Əhəmənid və Sasanian həmçinin İslam memarlığı mürəkkəb olmuşdur. Qüllə alt sahəsi, bir neçə salon, kitabxana və muzeyə şamildir. Azadi qülləsi, Azadlıq meydanında Tehran qərbində yerləşir.

Milad teleqülləsi

Tehran şəhərində çox məqsədli bir qüllə olaraq dünyanın altıncı ən yüksək qülləsi 435 m hündürlüklə  yüksək tikilisidir i şəhərin hər nöqtəsindən görünə bilir. Çox məqsədli olduğu halda Tehran Beynəlxalq Ticarət və Konvensiya Mərkəzinin bir hissəsidir ki, bununla bağlı olaraq da beşulduzlu bir otel, 15 salonla konqres mərkəzi, ticarət mərkəzi və İT parkı, İran şəxsiyyətlər muzeyi, sinama və kafe qüllədə təchiz olmuşdur.

Təbiət körpüsü

Üç mərtəbəli körpü 300 m uzunluqla Modərris magistral yollarla yerləşir. Günümüzdə körpü Tehranın turistlik cazibəsi sayılır. Körpü dizaynerləri, Leyla Araqian və Əlirza Behzadi cənablarıdır ki beynəlxalq və milli sahələrdə çoxlu mükafat almışlar. Körpü boyunca kafe, restoran və qalereya kafe mövcuddur. 2013-ci ilində təbiət körpüsü ölkənin ən önəmli polad tikinti seçilmişdi.

Tehrandakı digər turistik məkanlara bunlar daxildir:

Incə sənət

  • İstanbul dördyolu cavahirat muzeyi
  • İran Milli muzeyi
  • İran miniatür muzeyi
  • Milli bağ Məlik muzeyi

Məzhəbi

  • İbni-Babue məzari
  • Şəhidlər əsərləri muzeyi
  • Nasir Xosrov Sipəhsalar məktəbi və məscidi
  • Müqəddəs Serkis kilsəsi
  • İmam Xümeyni evi və hüseyniyəsə
  • Kən-İmamzadə Davud

Tarixi-mədəniyyət

  • Yaqut sarayı
  • Baharistan sarayı
  • Məsudiyyə imarəti 
  • Firdovs bağı imarəti

Turistlik

  • Bağı İrani
  • Çitgər parkı Fars körfəzi şəhidləri gölü
  • Novruz bostanı
  • Quşlar bağı
  • Milli botanik bağı
  • Yedi Çinar təbii muzey

Əyləncə

  • Tehran Sled sürmə
  • Toçal teleferik
  • Su və od parki 7D kinoteatr

Idman əyləncələri

  • Çitgər parki Velosiped
  • Toçal, Şimşək və Dizin xizək kurortu
  • Çəhran Paraşüt sürmə
  • Parənd Karting
  • Pərdisan parkı yürümə yolu