Jam Xəstəxanası Tarixi

50 ildən çox parlaq qabiliyyət, xidmət və təcrübə.

1960onilliyinin ortalarında bir tərəfdən tibb elminin və ölkədəki universitetlərin inkişafı və başqa tərəfdən getdikcə artan məlumat mübadiləsi və xaricdə təhsil alan həkimlərin ölkəyə geri qayıtması ilə, müasir texnologiyalarla yeni tibb mərkəzlərinin qurulması zərurəti hiss edildi. Eyni illərdə Həkim Abdulla Alixanı təşviqlərilə Professor Həsən Haşimian və Professor İbrahim Samii kimi tanınmış professorlar, Cəm Tibb Qrupunun yaradılması ilə, müasir və modern texnologiyalarla yeni bir xəstəxana qurmağa qərar verildi. Lazımi tədqiqatlardan sonra Abbasabad təpələri yaxınlığında və yeni tikilmiş Təxt-i Tavus küçəsi yaxınlığında təxminən dörd min kvadratmetr ərazi sahəsi satın alındı. Xəstəxana tikinti işləri mühəndisi gurp dört şirkətinə veruldi və nəzarət məsuliyyəti həkim Movahid, həkim Alixani və həkim Farin tərəfindən yerinə yetirildi. Avqust 1968 tarixində mərhum Professor Həsən Haşimian və Professor İbrahim Samii tərəfindən xəstəxana tikinti işləri başlandı.

 1970 ilində xəstəxana tikintisi yekunlaşdı. Bir il sonra, Cəm xəstəxanası dokquz min kvadratmetr sahədə və 128 çarpayı həmçinin ən müasir radioloji və ürək avadanlıqları ilə təchiz olunmuş üç ən müasir əməliyyat otağı istifadəyə verildi. Mərhum həkim Sadiq Nizami-i Mafi səyləri ilə Cəm xəstəxanası Radioizotop aparatına təchiz olmuş Tehranda birinci özəl xəstəxana oldu, beləliklə, İranda çox yayılmış triod xəstəliyinin tədqiqi və öyrənməyi mümkün oldu.

Qısa müddətdən sonra Tehrandakı birinci sıra həkimlər Cəm Xəstəxanasının əsas həkimlərinə qovuşdular. Beləliklə, 1970-ci illərin əvvəlindən bir qrup mütəxəssis və təcrübəli  həkimlər yeni və təchiz olmuş Cəm xəstəxanasında fəaliyyətə başladılar. Cəm xəstəxanasının təməlini bina edən ülvi alimlər hər zaman xəstə dərdlərinin müalicəsinin müqəddəsliyinə inanıb, xəstə halını riayət edilməni və hər hansı bir sui-istifadədən çəkinərək işlərini görməyi birinci planda tutmuşlar. Bu gün Cəm xəstəxanasının təxminən yarım əsr davamlı və fasiləsiz müvəffəqiyyəti, uğurluluğu və müasir inkişaf səbəbi, xəstələrə dəyər vermək və onların haqqında sui-istifadədən uzaq olmaqdır.

Bu gün Cəm xəstəxanası həkimləri və doktorlarının sevinci budur ki cəm xəstəxanası qurucularının dəyərləri istiqamətində yeriyib, o böyüklərin yaxşı xüsusiyyətləri sayəsində xəstələrə xidmət edirlər.